110
Məzmur 110 
Davudun məzmuru. 
 1  * Mat. 22:44; Mark 12:36; Luka 20:42-43; Həv. 2:34-35; 1Kor. 15:25; Ef. 1:18-22; Kol. 3:1; İbr. 1:13; 8:1-2; 10:12-13  Rəbb mənim Ağama dedi: 
«Mən düşmənlərini ayaqlarının altına kətil kimi salanadək 
Sağımda otur». 
 2 Rəbb Siondan Sənin qüdrətli əsanı göndərəcək, 
Düşmənlərinin üzərində sənə hökmranlıq verəcək. 
 3 Döyüşəcəyin gün xalqın könüllü olaraq sənə qoşulacaq, 
Gənclərin səhər şehi kimi müqəddəs libasını geyib yanına gələcək. 
 4  * İbr. 5:6,9-10; 6:20; 7:17,21  Rəbb and içdi, qərarını dəyişməz: 
«Sən Melkisedeq vəzifəli əbədi bir kahinsən». 
 5 Xudavənd sənin sağ tərəfindədir, 
Qəzəb günündə padşahları qıracaq. 
 6 Millətlərin hökmünü verəndə cəsədləri hər yeri bürüyəcək, 
O bütün ölkələrin başçılarını əzəcək. 
 7 Yol kənarında olan vadidən su içəcək, 
Buna görə güclənib yüksələcək.