15
Bəla gətirən yeddi mələk 
 1 Mən göydə başqa bir böyük və heyrətli əlamət – yeddi bəlanı gətirən yeddi mələk gördüm. Bunlar son bəlalardır, çünki Allahın hiddəti bunlarla tamamlanırdı. 
 2 Sanki odla qarışıq şüşədən olan bir dəniz gördüm. Vəhşi heyvana, onun surətinə və adına aid saya qalib gələnlər əllərində Allahın verdiyi çənglərlə şüşə dənizin üstündə durub.  3  * Çıx. 15:1; Zəb. 86:9; Yer. 10:7Onlar Allahın qulu Musanın nəğməsini və Quzunun nəğməsini oxuyaraq deyir: 
«Ey Külli-İxtiyar Rəbb Allah, 
Sənin işlərin böyük və heyrətlidir. 
Ey millətlərin Padşahı,* Millətlərin Padşahı – bəzi əlyazmalarda əsrlərin Padşahı. 
Sənin yolların ədalətli və həqiqidir. 
 4 Ya Rəbb, kim Səndən qorxmaz, 
Kim Sənin adını izzətləndirməz? 
Çünki yalnız Sən müqəddəssən. 
Bütün millətlər gəlib 
Sənin önündə səcdə edəcək, 
Çünki Sənin ədalətli hökmlərin aşkar oldu». 
 5  * Çıx. 38:21Bundan sonra gördüm ki, göydəki məbəd, yəni Şəhadət çadırı açıldı  6 və yeddi bəlanı gətirən yeddi mələk məbəddən çıxdı. Onlar təmiz və parlaq kətan paltar geyinmiş, sinələrinə qızıl qurşaqlar bağlamışdı.  7 Onda dörd canlı məxluqdan biri yeddi mələyə əbədi var olan Allahın hiddəti ilə dolu yeddi qızıl nimçə verdi.  8  * Çıx. 40:34; 1Pad. 8:10-11; 2Saln. 5:13-14; Yeş. 6:4Məbəd Allahın izzət və qüdrətinə görə tüstü ilə doldu. Beləcə yeddi mələyin gətirdiyi yeddi bəla tamam olana qədər heç kəs məbədə girə bilmədi. 
*15:3 Çıx. 15:1; Zəb. 86:9; Yer. 10:7
*15:3 Millətlərin Padşahı – bəzi əlyazmalarda əsrlərin Padşahı.
*15:8 Çıx. 40:34; 1Pad. 8:10-11; 2Saln. 5:13-14; Yeş. 6:4