3
Həvarilər yalnız Allahın xidmətçiləridir
Ey qardaşlar, mən sizinlə ruhani insanlar kimi deyil, cismani təbiətə görə yaşayan, Məsihdə körpə olan insanlar kimi danışa bildim. * İbr. 5:12-13Mən sizi bərk yeməklərlə deyil, südlə qidalandırdım. Çünki bərk yeməklərə hazır deyildiniz, indi də hazır deyilsiniz. Çünki siz hələ də cismanisiniz. Əgər aranızda qısqanclıq və münaqişə* Qısqanclıq və münaqişə – bəzi əlyazmalarda qısqanclıq, münaqişə və fikir ayrılığı. varsa, onda siz cismani deyilsinizmi? Adi insanlar kimi həyat sürmürsünüzmü? * 1Kor. 1:12Əgər biriniz «mən Paulun ardıcılıyam», başqası isə «mən Apollonun ardıcılıyam» deyirsə, siz adi insanlar Adi insanlar – bəzi əlyazmalarda cismani. deyilsinizmi?
Apollo kimdir, Paul kimdir? Rəbb hər birimizə təyin etdiyi kimi yalnız iman etməyinizə vasitəçi olan xidmətçiyik. * Həv. 18:4-11,24-28Mən əkdim, Apollo suladı, amma Allah böyütdü. Buna görə də mühüm olan əkən ya da sulayan deyil, əkiləni böyüdən Allahdır. Əkənlə sulayanın isə dəyəri eynidir. Hər biri öz zəhmətinə görə mükafat alacaq. Çünki biz Allahın əməkdaşlarıyıq. Sizsə Allahın zəmisi, Allahın tikilisisiniz.
10 Allahın mənə verdiyi lütfə görə bir mahir bənna kimi bünövrəni qoydum, başqası isə onun üzərində inşa edir. Amma hər kəs necə inşa etdiyinə diqqət yetirsin. 11 Çünki heç kim qoyulan bünövrədən, yəni İsa Məsihdən başqa bir təməl qoya bilməz. 12 Bu bünövrənin üstündə qızıldan, gümüşdən, qiymətli daşlardan, taxtadan, samandan, küləşdən kim nə isə inşa edərsə, 13 onun əməli bəlli olacaq və qiyamət günü Qiyamət günü – hərfi tərcümədə gün. onu ortaya çıxaracaq, çünki odla aşkar olunacaq. Od da hər birinin əməlinin keyfiyyətini sınaqdan keçirəcək. 14 Kimin inşa etdiyi əməl tab gətirsə, mükafat alacaq. 15 Kimin əməli yanıb yox olsa, o zərər çəkəcək. Özü isə xilas olacaq, amma sanki od içindən keçəcək. 16  * 1Kor. 6:19; 2Kor. 6:16Məgər bilmirsiniz ki, siz Allahın məbədisiniz və Allahın Ruhu sizdə yaşayır? 17 Kim Allahın məbədinə ziyan vursa, Allah da ona ziyan vuracaq. Çünki Allahın məbədi müqəddəsdir və bu məbəd sizsiniz.
18 Qoy heç kim özünü aldatmasın. Sizlərdən biri bu dövrdə özünü müdrik sayırsa, müdrik olmaq üçün ağılsız olsun. 19  * Əyy. 5:13Çünki bu dünyanın müdrikliyi Allah qarşısında ağılsızlıqdır. Necə ki yazılıb: «O, müdrikləri hiylə qurarkən yaxalayır». 20  * Zəb. 94:11Yenə də yazılıb: «Rəbb müdriklərin düşüncələrini, bunların boş olduğunu bilər». 21 Eləcə qoy heç kim insanlarla öyünməsin, çünki hər şey sizindir. 22 İstər Paul, istər Apollo, istər Kefa olsun, dünya, həyat, ölüm, indiki və gələcək zaman – hər şey sizindir. 23 Sizsə Məsihinsiniz, Məsih də Allahındır.

*3:2 İbr. 5:12-13

*3:3 Qısqanclıq və münaqişə – bəzi əlyazmalarda qısqanclıq, münaqişə və fikir ayrılığı.

*3:4 1Kor. 1:12

3:4 Adi insanlar – bəzi əlyazmalarda cismani.

*3:6 Həv. 18:4-11,24-28

3:13 Qiyamət günü – hərfi tərcümədə gün.

*3:16 1Kor. 6:19; 2Kor. 6:16

*3:19 Əyy. 5:13

*3:20 Zəb. 94:11