5
Adəmdən Nuha qədər olan nəsillər
(1Saln. 1:1-4)
* Yar. 1:27-28 Adəmin nəsil tarixçəsi belədir. Allah insanı yaradanda onu Öz bənzərinə görə yaratdı. * Yar. 1:27; Mat. 19:4-5; Mark 10:6 Allah onları kişi və qadın olaraq yaratdı, onlara xeyir-dua verdi və yaratdığı gün onları «insan» adlandırdı.
Adəmin yüz otuz yaşı olanda özünə bənzər, öz surətində bir oğlu oldu və adını Şet qoydu. Şet doğulandan sonra Adəm səkkiz yüz il yaşadı. Onun başqa oğulları və qızları oldu. Adəm doqquz yüz otuz il ömür sürüb öldü.
Şet yüz beş yaşında olanda oğlu Enoş doğuldu. Enoş doğulandan sonra Şet səkkiz yüz yeddi il yaşadı. Onun başqa oğulları və qızları oldu. Şet doqquz yüz on iki il ömür sürüb öldü.
Enoş doxsan yaşında olanda oğlu Qenan doğuldu. 10 Qenan doğulandan sonra Enoş səkkiz yüz on beş il yaşadı. Onun başqa oğulları və qızları oldu. 11 Enoş doqquz yüz beş il ömür sürüb öldü.
12 Qenan yetmiş yaşında olanda oğlu Mahalalel doğuldu. 13 Mahalalel doğulandan sonra Qenan səkkiz yüz qırx il yaşadı. Onun başqa oğulları və qızları oldu. 14 Qenan doqquz yüz on il ömür sürüb öldü.
15 Mahalalel altmış beş yaşında olanda oğlu Yered doğuldu. 16 Yered doğulandan sonra Mahalalel səkkiz yüz otuz il yaşadı. Onun başqa oğulları və qızları oldu. 17 Mahalalel səkkiz yüz doxsan beş il ömür sürüb öldü.
18 Yered yüz altmış iki yaşında olanda oğlu Xanok doğuldu. 19 Xanok doğulandan sonra Yered səkkiz yüz il yaşadı. Onun başqa oğulları və qızları oldu. 20 Yered doqquz yüz altmış iki il ömür sürüb öldü.
21  * İbr. 11:5; Yəhd. 14-15 Xanok altmış beş yaşında olanda oğlu Metuşelah doğuldu. 22 Metuşelah doğulandan sonra Xanok üç yüz il Allahla bir yol getdi. Onun başqa oğulları və qızları oldu. 23 Xanok üç yüz altmış beş il yaşadı. 24 O, Allahla bir yol getdi. Sonra qeyb oldu, çünki Allah onu Öz yanına götürdü.
25 Metuşelah yüz səksən yeddi yaşında olanda oğlu Lemek doğuldu. 26 Lemek doğulandan sonra Metuşelah yeddi yüz səksən iki il yaşadı. Onun başqa oğulları və qızları oldu. 27 Metuşelah doqquz yüz altmış doqquz il ömür sürüb öldü.
28 Lemek yüz səksən iki yaşında olanda bir oğlu doğuldu. 29 O dedi: «Bu oğul Rəbbin lənətlədiyi torpağı becərəndə çəkdiyimiz əziyyətlərdə, əlimizin zəhmətində bizə təsəlli verəcək». Buna görə də onun adını Nuh * Nuh – ibrani dilində təsəlli. qoydu. 30 Nuh doğulandan sonra Lemek beş yüz doxsan beş il yaşadı. Onun başqa oğulları və qızları oldu. 31 Lemek yeddi yüz yetmiş yeddi il ömür sürüb öldü.
32 Nuh beş yüz yaşında olanda Sam, Ham və Yafəs adında oğulları oldu.

*5:1 Yar. 1:27-28

*5:2 Yar. 1:27; Mat. 19:4-5; Mark 10:6

*5:21 İbr. 11:5; Yəhd. 14-15

*5:29 Nuh – ibrani dilində təsəlli.